Elektron ticarət

Elektron ticarət

Niyə elektron ticarət seçilir?

Bir çox səbəblərə biznes görə aktiv şəkildə internetə doğru irəlliləyir (online olur). Əvvəlcə sahibkarlar başa düşürlər ki, ticarətin belə bir istiqaməti daha çox auditoriyanı (istifadəçini) və bu səbəbdən də daha çox potensial alıcıları geniş əhatə etməyə imkan verir. Əhəmiyyətli sayda insanlar ev və mobil İnternetdən istifadə edir ki, bu da təkliflərini onlara çatdırmağın daha asan olduğunu göstərir. Bundan əlavə, auditoriyanın müxtəlif seqmentlərinə əhatə etməyə imkan verir. Elektron ticarət eyni zamanda daha az reklam və irəliləyiş xərcləri tələb edir. Nəhayət, İnternet üzərindən banklarla qarşılıqlı əlaqə qurmaq imkanı iş prosesi funksiyasını da asanlaşdırdı.

Onlayn ticarət kateqoriyaları

İnternetdə ticarət fəaliyyətii həyata keçirməyə kömək edən bir neçə əsas sistemlər mövcuddur. Onlar hər iki tərəfdə iştirak edən şəxslərin növünə görə təsnif edilirlər.

B2B. Biznes üçün biznes. Razılaşma tərəfləri ticarət müəssisələri və təşkilatların olduğu bir münasibət formasıdır. Dövriyyədə olan vəsaitlər baxımından B2B elektron ticarətin ən böyük kateqoriyasıdır.

B2C. İstehlakçılar üçün biznes. İlk əvvəl elektron ticarət son istehlakçıya xidmətlərin göstərilməsinə uyğun təşkil edilmişdi, məhz bu səbəbdən də bu forma dövriyyə baxımından ən uzun müddətli idi. B2C sisteminin sadə bir nümunəsi - müştərinin istədiyi bir məhsulu seçib onlayn ödəmə üsullarından istifadə edərək ödəyə biləcəyi bir onlayn mağazadır.

C2C. İstehlakçı istehlakşıya. Bu forma insanlar arasında ticarət münasibətlərini nəzərdə tutur. Xüsusi təşkil edilmiş platformalar vasitəsilə fiziki şəxslər vasitəçi xidmətlərindən istifadə etmədən mal və xidmətlər təklif edirlər.

B2G. Hökümətə biznes. Kifayət qədər gənc, lakin sürətlə inkişaf edən ticarət münasibətlərin bir formasıdır. Buraya müxtəlif tenderlər və ya dövlət satınalma xidmətləri daxildir.

Şirkətimiz işinizi elektron ticarətə bağlamaq üçün çevik və sərfəli xidmətlər təklif edir. İndi istifadəçilərinizə onlayn ödənişlər təklif edərək, öz sistemlərinizi nağdsız ödənişlərlə inteqrasiya edə bilərsiniz.

Biznesinizi elə indi elektron ticarətə qoşun!

Bizim haqqımızda

Biz - kiçik və orta biznes üçün xidmətlər göstərən innovativ texnoloji şirkətik.

Abunə olun

Ən son yenilikləri və təklifləri əldə edin.